Mobil versiya
"Xoşqədəmə dəfələrlə xəbərdarlıq edilmişdi" - ATV-dən rəsmi açıqlama
Tarix: 15-11-2016 | Saat: 12:05
Bölmə:Dünya | çapa göndər



"Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının rəsmi açıqlamasını təqdim edirik:

-"Azad Azərbaycan” Teleradio Yayım Kompaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək. İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan "Səni axtarıram” verlişi ətrafında ortaya çıxan növbəti qalmaqalda "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil. Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik. Qeyd edək ki, adı çəkilən verlişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verlişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarlarla çıxış etdikdə isə kanal rəhbərliyi verlişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qrumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib.

Məlumatda bildirilib ki, həmin materialların içərisində hal-hazırda yayılan kadrarxası görüntülər də olub: "Bütün bunları nəzərə alaraq, ictimayyətin diqqətinə çatdırırıq ki, tamaşaçının aldadılması üzərində qurulan bu verlişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verlişin ən reytinqli vaxtında verlişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi. Bununla da icitimayyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu. Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi. Bir məqamı da qeyd edək ki, 2014-cü ildən ATV-də yayımlanmayan "Səni Axtarıram” verlişinə rəhbərlik edən şəxslər də o tarixdən etibarən ATV-dən kənarlaşdırılıblar. Səbəb də məhz indi ortaya çıxan xoş olmayan məqamlardır. Bir məqamıda vurğulasaq tam yerinə düşər. ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqlarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024