“Mənim tanıdığım Vaqif”in təqdimatı oldu - Foto
Tarix: 26-10-2016 | Saat: 13:47
Bölmə:Dünya | çapa göndər
VÖtən gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş "Mənim tanıdığım Vaqif" tammetrajlı sənədli filminin təqdimatı keçirilib.
Təqdimatda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan musiqi mədəniyyətində mühüm yeri olan Vaqif Mustafazadənin sənət dünyasından söz açıb.
Bildirib ki, o, Qərblə Şərqi öz musiqisində birləşdirib. Çox qısa, lakin mənalı bir ömür yaşayan V.Mustafazadənin yaratdığı əsərlər bu gün də dinləyiciləri heyran edir.
Daha sonra “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi nümayiş olunub.
Film Vaqif Mustafazadənin müasirləri olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.
Rejissoru Vidadi Rüstəmov, ssenari müəllifi Füzuli Sabiroğlu olan 40 dəqiqəlik bu ekran əsəri Azərbaycan dilində səslənsə də, alt yazısı kimi ingilis dilindən istifadə edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024