Mobil versiya
Populyar müğənni məhkəməyə verilir - HƏBS
Tarix: 12-08-2016 | Saat: 14:45
Bölmə:Dünya | çapa göndər

Populyar müğənni məhkəməyə verilir - HƏBS
Sıla konsertlərinin təxirə salınmasından sonra indi də məhkəməyə verilib.


Türkiyənin məşhur müğənnisi Sıla Gençoğlu konsertlərinin təxirə salınmasından sonra indi də məhkəməyə verilib.

Türkiyənin Bursa şəhər sakini tanınmış müğənni Sıla Gençoğlu ilə bağlı məhkəməyə şikayət edib.

Bursa sakini şikayətində iddia edir ki, Sıla Gençoğlu avqustun 7-də Türkiyədə baş tutan və bir çox sənətçinin qatıldığı “Yenikapı” mitinqini “şou” adlandırmaqla onu və 5 milyon Türkiyə vətəndaşını təhqir edib.

Şikayətçi Bursa Şəhər Məhkəməsinə müraciət edərək, Sıla Gençoğlunun cəzalandırılmasını istəyib.

Əgər məhkəmə şikayətçinin tələbinə müsbət cavab versə, o zaman Sıla Gençoğlunu həbs qərarı gözləyir.

Xatırladaq ki, müğənni Sıla Gençoğlu sentyabrın 21-22-si tarixlərində İstanbulda açıq havada konsert verməyi planlaşdırsa da, qalmaqallı açıqlamasına görə həmin konsertlər ləğv olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024