Mobil versiya
Azərbaycan şou-biznesində siqaret çəkən xanımlar – SİYAHI FOTO
Tarix: 08-08-2016 | Saat: 12:45
Bölmə:Dünya | çapa göndər



Onlar bunu gizlətmək istəsələr də...


Dədə-babadan eşitmişik ki, “qadına siqaret yaraşmaz”. Amma reallıq budur ki, siqaretdən istifadə edən qadınların sayı artmaqdadır. Cəmiyyətimizin görünən tərəfi olan şou-biznesdə isə həmin qadınların sayı daha çoxdur. Bir çoxları siqaretdən istifadə etdiyini etiraf etsə də, bunu gizlədənlər var. myBaku.az siqaret çəkən tanınmış qadınların siyahısını hazırlayıb.

Siyahıya xalq artisti Nisə Qasımova başçılıq edir. N. Qasımova həmin ifaçılardandır ki, siqaretdən istifadə etməsini heç bir vaxt mətbuatdan gizli saxlamayıb. Hətta siqareti özünün ən yaxın dostu hesab edir. İllər öncə həmkarı Brilliant Dadaşova ilə siqaret üstündə söz-söhbətləri də olmuşdu.

Xalq artisti Aygün Kazımova da siqaretdən istifadə edən məşhurlardandır. A.Kazımova zamanında “Siqaret”, “Şəklimi çək” kimi mahnılarının kliplərində də siqaretdən istifadə edib.

Röya Ayxan da siqaret çəkənlərdəndir. Amma Röya A. Kazımovadan fərqli olaraq siqaret çəkməyini mediadan gizlədir.

Növbəti sırada isə nazı-qəmzəsi yerə-göyə sığmayan müğənni Xumar Qədimovadır. X. Qədimova siqaretdən istifadə etsə də, bu hərəkətini gizlətməyi üstün tutur.

Müğənni Günel Ələkbərova da siqaret çəkən məşhurlardandır. İfaçı siqaret çəkdiyini gizli saxlasa da, bir çoxları bundan xəbərdardır.

Siqareti hava-su kimi qəbul edən sənətçilərdən biri də Səidə Sultandır. Az sayda insan olar ki, Səidənin siqaret çəkməyini bilməsin.

Şou-biznesdə “Elit Star” ləqəbini özünə yaraşdıran Cəmilə İsgəndərova da siqaret çəkən tanınmışlardandır. Müğənni siqaret çəkməyini cəmiyyətdən gizli saxlayır.

Cəmilənin sənət yoldaşı Rəqsanə İsmayılova da ondan geri qalmır. Özü də daha çox çəkməklə...

Azərbaycanın adını Türkiyədə tanıtmaq iddiasında olan və türkiyəli aktyor Tolqa Karellə ailəli model Günay Musayeva da siqaret çəkən tanınmışlardandır.

Bir neçə il öncə ailə quran Ema Ələkbərzadə də siqaretdən istifadə edir. Hətta bir neçə tədbirə həyat yoldaşı ilə birgə qatılan müğənni masa arxasında siqaretlə görünüb.

Daha çox hind rəqslərini oynayan və dediyinə görə, Azərbaycanı xarici ölkələrdə təmsil edən rəqqasə Oksana Rəsulova da siqaretin zərərinə məhəl qoymur. Belə ki, Oksana da “palaza bürün, elnən sürün” deyimini əsas tutaraq, şou-biznes əhllindən geri qalmır.

Lakin rəqqasə özü bu məlumatı təkzib edib.

Bəstəkar Nailə Mirməmmədli də siqaret çəkən məşhurlardandır.

Şou-biznesə gəlməyi ilə getməyi bir olan gürcü əsilli müğənni Suli də siqaret çəkən sənətçilərdəndir. Gürcü müğənni bunu gizlətmir də...

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən ölkələr siyahısında Azərbaycan 32 faizlə 85-ci sırada qərarlaşıb. ÜST-ün reytinq cədvəlində daha çox siqaret çəkilən ölkə isə Monqolustandır. Təşkilatın hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Və bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Araşdırma zamanı məlum olub ki, Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir. Onların 10 faizi qadındır.

Azərbaycan şou-biznesində siqaret çəkən xanımlar – SİYAHI FOTO







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024