Mobil versiya
"Sex" – Madonnanın kitabı satışda - FOTOLAR (18+)
Tarix: 14-07-2016 | Saat: 11:48
Bölmə:Dünya | çapa göndər



“Sex” - bu, Madonnanın cinsi fantaziyalarını izah etdiyi bir məkandır


“Sex” - bu, Madonnanın cinsi fantaziyalarını izah etdiyi, yetkinlərə istiqamət verdiyi kitabın adıdır. Bu nəşr 1992-ci ildə çap edilib. 1989-ci ildə "Like A Prayer" mahnısı ilə Katolikləri qarşısına alan Madonna Vatikan tərəfindən qovularaq, birdən-birə bütün diqqətləri üzərinə çəkdi. “Like a Prayer”in aldığı reaksiyalardan hər kəs Madonnanın geri addım atacağını düşünürdü, lakin bunun tam əksi oldu. Nəticədə Madonna 1990-ci ildə "Justify My Love" klipində təxribatın dozasını daha da artırdı. Hətta “Justify My Love”ın klipindən sonra insanlar Madonnanın bir sonrakı addımını daha səbirsizliklə gözlədi. Onlar müğənninin daha nə qədər irəli gedə biləcəyini də düşünürdülər.

1991-ci ili fırtınasız keçirən Madonna, 1992-ci ilin əvvəllərində Tom Hanks ilə birlikdə "A League of Their Own" filmində oynadı. Filmin mahnısı "This Used To Be My Playground" Amerika Billboard Hot 100-dən 1 nömrəyə qədər yüksəldi.

Tənqidçilər, orta templi bir ballada olan mahnının, Madonnanın 1992-ci ilin payızında çıxaracağı albomunun ümumi sounduna sahib olduğunu düşündülər. Ancaq Madonna, bir sənətçinin kariyerasında gələ biləcəyi ən pik nöqtəyə 20 noyabr 1992-ci ildə “Erotica” ilə yüksəldi. Madonna, “Erotica”nı yalnız bir musiqi layihəsi kimi deyil, eyni zamanda bir "Qadın İnqilabı" olaraq görürdü. Tarixdə hər zaman kişilərin cinsi ehtiraslarına vəsait olan qadınlar, ilk dəfə öz istəklərini və duyğularını əlçatan şəkildə yaşayacaq, Madonna (ya da o dövr üçün Dita) yoldaşlığında sərhədləri aşacaqdı. “Erotica” albomundan başqa Madonna,“Body Of Evidence” adında erotik-gərginlik növündə bir filmə çəkildi. Buna baxmayaraq, 90-cı illərdə Madonnanın ən çox səs gətirən və skandallara yol açan işi "Sex" kitabı oldu.

Bu Kitabı “Erotica” albomundan bir gün sonra 21 oktyabr 1992-ci ildə satışa çıxarıldı. Nəşr yetkinlərə istiqamətli bir erotik kitab idi və Madonnanın, o zamankı adı Ditanın cinsi fantaziyalarına işıq salmışdı. Kitabın fotoşəkilləri, Steven Meisel tərəfindən çəkilmişdi. Fotoşəkillərdə Madonnaya Naomi Campbell, Vanilla Ice, Isabella Rosellini, Joey Stefano, Udo Kier, Ingrid Casares və Tatyana Von Furstenberg ilə yoldaşlıq etmişdir. Ancaq, Naomi Campbell, illər sonra Sex Book'ta iştirak almaqdan böyük peşmanlıq duyduğunu da açıqlamışdı. Metal üzlüklü kitab müəllifin senzuradan çıxmamış çılpaq fotoşəkillərini və şəkilli seks fantaziyalarını ehtiva edirdi. Kitaba tələb o qədər yüksək idi ki, bir London kitabçısı rəqabətdə önə keçmək üçün kitabın rəsmi çıxış günü gecə yarısında dükan açmağa qərar verib.

“Sex” nəşr olunduğunda tənqidçilər, jurnalistlər və bütün media Madonna üçün belə bir şərh yazmışdı: “Artıq çox irəli getdi!”.

Kitab "Bu kitab seks haqqındadır. Seks eşq deyil. Eşq seks deyil". cümləsi ilə başlayırdı. “Sex” nəşr olunduğu həftə “New York Times” və “Vaşinqton Post Best-Seller” siyahılarında 1-ci yerə çıxdı.

Kitabdan bir hissə: “Yalnız səni incidən adam səni təsəlli edə bilər. Yalnız sənə acı verən adam bu ağrını geri ala bilər”.

Amerikada nəşr olunduğu ilk gün 150.000 ədəd satılan kitab bir müddət sonra 1.5 milyona çatdı. Kitab Madonnanın ən çox və ən sürətli satılan “coffee table” kitabı olaraq rekord qırıb. Kitab dünyada 20 milyon dollarlıq gəlir gətirdi. Fransız, yapon, alman, ispan və italyan dillərində çap edilən kitab Amerikada 49.95 dollara satılırdı. Satışa çıxdığı gün ABŞ-da 150.000 satmasına baxmayaraq böyük bir skandala səbəb oldu. Reaksiyalar “Erotica” albomunun satışlarına da təsir etdi.

Nəşr hələ də yenidən çap olunması istənilən kitab siyahılarının başında gəlir.

Beləliklə, Madonna bu addımı ilə özündən sonra gələcək qadın sənətçilər üçün yeni bir yol açmış oldu.








"Sex" – Madonnanın kitabı satışda -




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024