Mobil versiya
Nyu-Yorkda Covid-19-dan rekord sayda ölüm
Tarix: 09-04-2020 | Saat: 21:07
Bölmə:Səhiyyə / Dünya | çapa göndər

Nyu-Yorkda Covid-19-dan rekord sayda ölüm





ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Aia.az “CNN”ə istinadən xəbər verir ki, bu gün 799 nəfər dünyasını dəyişib. Ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, ölənlərin sayı hər ötən gün daha da artır:

“Aprelin 8-də bu rəqəm 779 idi. 6 apreldə 731, 5 apreldə 599 nəfər olub. Heç bir partlayış olmasa da, bu, 11 sentyabr hadisələrindən sonra gördüyümüz ən dəhşətli mənzərədir”.

Qeyd edək ki, Nyu-Yorkda 7067 nəfər Covid-19-un qurbanı olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5164 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020
19-10-2020