Pezeşkiandan ABŞ və İsrailə xəbərdarlıq: “İstənilən hücuma qəti cavab verəcəyik”
Tarix: 13-11-2026 | Saat: 19:16
Bölmə:Özəl | çapa göndər

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müharibədə maraqlı olmadığını, lakin hər hansı hərbi hücuma sərt cavab verəcəyini bildirib.
İran dövlət başçısı bu barədə Türkiyədə keçirilən COP31 çərçivəsində Braziliya Prezidenti Lula da Silva ilə görüşü zamanı danışıb.
Pezeşkian vurğulayıb ki, Tehran regional problemlərin hərbi qarşıdurma yolu ilə deyil, diplomatik danışıqlar vasitəsilə həllinin tərəfdarıdır.
“Müharibə heç kimin maraqlarına uyğun deyil. Lakin İran istənilən hücuma qəti cavab verəcək”, – deyə prezident bildirib.
İran liderinin sözlərinə görə, ölkəsi ABŞ və İsrailin hücumlarına məruz qalmazdan əvvəl də mövcud problemlərin həlli istiqamətində danışıqlar aparıb.
Pezeşkian Vaşinqtonun İrana qarşı tətbiq etməyə çalışdığı məhdudiyyətlərə də münasibət bildirib. O, ABŞ-ni ölkəsinin quru, dəniz və hava nəqliyyatı imkanlarını məhdudlaşdırmağa çalışmaqda ittiham edib.
“Amerikalılar quru yollarını bağlamağa, dəniz və hava yollarını məhdudlaşdırmağa çalışırlar. Lakin bu addımlar onların məqsədlərinə çatmasına kömək etməyəcək”, – deyə İran Prezidenti qeyd edib.
Pezeşkian bir daha bəyan edib ki, İran qarşıdurmanın genişlənməsində maraqlı deyil, ancaq ölkənin təhlükəsizliyinə yönələn hücumları cavabsız qoymayacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-11-2026