Ana Sayfa > Səhiyyə / Dünya > Nyu-Yorkda Covid-19-dan rekord sayda ölüm

Nyu-Yorkda Covid-19-dan rekord sayda ölüm


9-04-2020, 21:07. Yazar: sevinc1
Nyu-Yorkda Covid-19-dan rekord sayda ölüm





ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan rekord sayda ölüm qeydə alınıb.

Aia.az “CNN”ə istinadən xəbər verir ki, bu gün 799 nəfər dünyasını dəyişib. Ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, ölənlərin sayı hər ötən gün daha da artır:

“Aprelin 8-də bu rəqəm 779 idi. 6 apreldə 731, 5 apreldə 599 nəfər olub. Heç bir partlayış olmasa da, bu, 11 sentyabr hadisələrindən sonra gördüyümüz ən dəhşətli mənzərədir”.

Qeyd edək ki, Nyu-Yorkda 7067 nəfər Covid-19-un qurbanı olub.
Geri dön