Mobil versiya
"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
Tarix: 13-11-2026 | Saat: 16:52
Bölmə:Ölkə | çapa göndər

"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" -

"Burada Maliyyə Nazirliyinin nümayəndəsi olmalı idi. Onlar çox nadir hallarda teatra, konsertə gedirlər. Onlar mədəniyyət sözü eşidəndə ağıllarına ancaq hansısa şou-biznes nümayəndəsi və ya toyda oxuyan müğənni gəlir".

aia.az xəbər verir ki, bunu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.

O, balet aktyorlarına erkən təqaüd verilməməsi məsələsinə də toxunub:

"55 yaşında adam balet oynaya bilər?! Onlara daha tez pensiya verməlidirlər. Hansısa məsələ bir yerdə müzakirə edilməlidir. Mən istərdim ki, ziyalılar bundan uzaq olmasınlar. Mədəniyyət adamlarından məsləhət alsınlar və ziyalıların sözünə diqqət etsinlər", - deyə o qeyd edib

F.Bədəlbəyli bildirib ki, ziyalıların sözünə bir az diqqətlə yanaşmaq lazımdır:

"Bizim ifaçılarımız hər yerdə uğurlu çıxış edir. Uğurlarımız var, amma yetərli deyil. Həmişə tərifləmək, tərifnamə bizə heç bir şey verməyəcək. Tənqidlə yanaşmaq ən yaxşı düz yoldur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2026