Mobil versiya
Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı
Tarix: 08-10-2019 | Saat: 10:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı


Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Trend-in məlumatına görə, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə