Mobil versiya
İrəvandakı Göy məscidlə bağlı qalmaqal – İran və Ermənistana sərt ittiham
Tarix: 12-11-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

İrəvandakı Göy məscidlə bağlı qalmaqal –  İran və Ermənistana sərt ittiham




İrəvandakı tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi Azərbaycanda etirazlara səbəb olub. Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın bu qərarını tənqid edərək İranın da prosesdə iştirak etdiyini bildirib.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bəyanatlar yayıb. Bəyanatlarda bu addım Azərbaycanın tarixi-mədəni irsinin mənimsənilməsi cəhdi və sülh prosesinə mənfi təsir göstərən hərəkət kimi qiymətləndirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, İranın Azərbaycan xalqına məxsus tarixi dini abidələrlə bağlı mövqeyi əvvəllər də narazılıq doğurub.

Deputatın sözlərinə görə, Göy məsciddə keçirilən tədbirdə İranın vitse-prezidentinin iştirakı və Ermənistanın qərarını dəstəkləməsi ciddi suallar yaradır.

“Məscid hara, erməni şairi hara? Bu, heç bir məntiqə və dini ənənəyə uyğun gəlmir. Məscid İrəvan xanı tərəfindən inşa edilib və Azərbaycan xalqının tarixi dini irsidir”, – deyə Ceyhun Məmmədov vurğulayıb.

O qeyd edib ki, məscidin mərasim zalına Yeğişe Çarentsin adının verilməsi və burada şairin büstünün yerləşdirilməsinin planlaşdırılması qəbuledilməzdir.

Deputatın fikrincə, İran rəsmisinin bu təşəbbüsü alqışlaması Tehranın məsələyə münasibətini nümayiş etdirir.

“Təəssüf ki, Ermənistanın bu addımı özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən İran tərəfindən dəstəklənir. Bu, Azərbaycanla İran arasındakı münasibətlərə xələl gətirə biləcək hərəkətdir”, – deyə parlament üzvü bildirib.

Ceyhun Məmmədov hesab edir ki, tarixi məscidin mərasim zalına Azərbaycan şairinin və ya din xadiminin adının verilməsi daha uyğun olardı.

Deputat Ermənistanın qərarını azərbaycanlıların dini hisslərinə toxunan və tarixi abidənin mənsubiyyətini dəyişdirməyə yönəlmiş cəhd kimi qiymətləndirib.

İran və Ermənistan tərəflərinin deputatın ittihamlarına münasibəti barədə məlumat verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026