Mobil versiya
"Təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir" - Sədr müavini
Tarix: 12-11-2026 | Saat: 13:39
Bölmə:Siyasət | çapa göndər

"Təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir" -

"Kadr hazırlığı bu gün bizim qarşımızda duran əsas prioritet istiqamətlərdən biri, bəlkə də birincisidir. Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

"Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir. Bu gün təyinat alan din xadimlərimizin təxminən ən azı üçdə birinin nə ali, nə orta ixtisas dini təhsili yoxdur. Onu da qeyd edim ki, ölkədə xaricdə dini təhsil alıb gələnlərin sayı isə ən azı 3500 civarındadır", - deyə sədr müavini bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026