Mobil versiya
"Məktəblərdə vahid geyim formasının tətbiqi bir daha təsdiqlədi ki..." - Fazil Mustafa
Tarix: 12-11-2026 | Saat: 12:21
Bölmə:Siyasət | çapa göndər

"Məktəblərdə vahid geyim formasının tətbiqi bir daha təsdiqlədi ki..." -

“Dünyanın bir çox ölkələrində dini zəmində çox sayda münaqişələr olduğu halda, Azərbaycanda dini konfensiyaların sağlam və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi dövlət siyasətimizin ən böyük uğurlarından biridir”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

“Dini icmalara göstərilən dövlət dəstəyi yalnız ibadət və dini fəaliyyətlə bağlı təşkilati ehtiyacların qarşılanması kimi anlaşılmamalıdır. Dini maarifləndirmə, radikalizm və xurafata qarşı sağlam düşüncənin gücləndirilməsi bu sahədə mühüm vəzifələrdən biridir. Dövlətin dünyəvi xarakterinin qorunması ilə dini etiqad azadlığının təmin olunması bir-biri ilə təzad təşkil etmir. Əksinə, hüquqi dövlətin və sağlam ictimai münasibətlərin qarşılqılı tamamlayıcı prinsiplər əsasında qurulması olduqca vacibdir. Son həftələrdə baş verən məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı hadisələr bir daha təsdiqlədi ki, dünyəvi dövlət prinsiplərinin cəmiyyətdə sistemli təbliği və qorunması üçün də məqsədyönlü maliyyə mexanizmlərinin yaradılmasına ehtiyac var. Bu barədə də hökümət müəyyən addımların atılmasını təmin etməlidir”, - deyə deputat bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026