Ana Sayfa > Karusel / Parlament > Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı
Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluq cinayət işi başladı8-10-2019, 10:52. Yazar: sevinc1 |
Füzuli rayonunda doğuş zamanı uşaq ölüb. Trend-in məlumatına görə, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib. Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsilə cinayət işi başlanıb. aia.az Geri dön |