Mobil versiya
Türkiyədə helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu
Tarix: 12-11-2026 | Saat: 21:45
Bölmə:Dünya | çapa göndər

Türkiyədə helikopter qəzaya uğradı -


Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

“aia.az” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter naməlum səbəbdən Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində qəzaya uğrayıb.

“Helikopterimizin qalıqları aşkar edilib, dərhal axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026