Mobil versiya
Hikmət Hacıyevlə Simonyanın Dublində diqqət çəkən görüşü
Tarix: 12-11-2026 | Saat: 23:16
Bölmə:Siyasət | çapa göndər

Hikmət Hacıyevlə Simonyanın Dublində diqqət çəkən görüşü


İrlandiyanın paytaxtı Dublində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın təhlükəsizlik şurasının katibi Alen Simonyan arasında ayaqüstü görüş olub.

aia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin rəsmiləri Avropa Siyasi Birliyinin IX Zirvə toplantısı çərçivəsində söhbət ediblər.

Noyabrın 12-də Dublində keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirlər.

Toplantının əsas mövzuları Avropanın təhlükəsizliyi, müdafiə imkanlarının gücləndirilməsi, iqtisadi rəqabətlilik və enerji məsələləridir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026