Mobil versiya
Avtomobilini sürücülük vəsiqəsi olmayan şəxslərə verənlərə XƏBƏRDARLIQ
Tarix: 12-11-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Avtomobilini sürücülük vəsiqəsi olmayan şəxslərə verənlərə XƏBƏRDARLIQ



Azərbaycanda sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarəyə verilməsi ilə bağlı yayılan təkliflər narahatlıq doğurub. Baş Dövlət Yol Polisi İdarəsi avtomobil icarəsi şirkətlərinə xəbərdarlıq edib.
Son vaxtlar sosial şəbəkələrdə bəzi avtomobil icarəsi şirkətlərinin müştərilərdən yalnız 18 yaşının tamam olmasını tələb etdiyi barədə məlumatlar yayılır. Hətta sürücülük vəsiqəsi və kifayət qədər təcrübəsi olmayan şəxslərə də avtomobil təqdim edildiyi iddia olunur.
Şirkət nümayəndələri isə belə hallarda müştərinin avtomobil idarə etmək bacarığının əvvəlcədən yoxlanıldığını bildirirlər. Lakin bu yanaşma yol hərəkətinin təhlükəsizliyi baxımından ciddi suallar yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirərək avtomobil icarəsi ilə məşğul olan şirkətləri daha məsuliyyətli davranmağa çağırıb.
Qurumun açıqlamasına əsasən, avtomobil icarəyə verilərkən müştərinin yalnız sürücülük vəsiqəsinin olub-olmadığını yoxlamaq kifayət etmir. Şirkətlər həmin şəxsin nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək üçün lazımi sürücülük təcrübəsinə malik olmasına da diqqət yetirməlidirlər.
Sürücülük vəsiqəsi olmayan şəxslərin avtomobil idarə etməsinə yol verilməsi isə qanunvericiliyin tələblərinə ziddir. Müştərinin idarəetmə bacarığının şirkət tərəfindən yoxlanılması rəsmi sürücülük vəsiqəsini əvəz etmir.
Yol polisi avtomobil icarəsi sahəsində fəaliyyət göstərən şirkətlərin müştəri seçimində təhlükəsizlik amilini əsas götürməsinin vacibliyini vurğulayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026