“Əhalinin sayı qədər zibil qutusu qoymuşuq” – Siqaret məsələsinə CAVAB
Tarix: 04-10-2018 | Saat: 11:30
Bölmə:Ölkə | çapa göndər
Azərbaycanda qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, Məcəllənin 212-ci – “Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi” maddəsinə 5-ci bənd əlavə edilib.
Əlavə edilən bəndə qeyd olunub ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Sözügedən dəyişikliklər, cərimələrin tətbiq edilməsi, xüsusilə, Bakı sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Siqaret istifadəçiləri və ekspertlər düşünürlər ki, paytaxt ərazisində siqaret kötüklərinin atılması üçün quraşdırılan konteynerlər və zibil qutuları azdır. Bu səbəbdən, xüsusilə, mərkəzi küçələrdə, nəzarət tətbiq edilən yerlərdə konteynerlərin artırılması təklif olunur.
Modern.az məsələ ilə bağlı "Kommunal Xidmətlər Müəssisəsi" MMC-dən münasibət öyrənib. Müəssisənin şöbə müdiri Heydər Həşimovun sözlərinə görə, mərkəzi, nəzarət olunan küçələrdə yaşayan əhalinin sayı qədər zibil qutuları, konteynerlər quraşdırılıb:
“Vətəndaşların konteynerlərin azlığı barədə narazılığını anlamıram. Milli Məclis siqaretin müəyyən olunan yerlərdə çəkilməsi ilə bağlı qərar qəbul edibsə, buna əməl etmək lazımdır. Vətəndaşlar zibil qutusu olan hissələrdə siqaret çəkməlidir. Hər addım başı konteynerlərin quraşdırılmasını istəyirlərsə, bu mümkün deyil.
Qərarda göstərilən yerlərdə, siqaret çəkilməsinə icazə verilən hissələrdə konteynerlər artırılacaq. Küçənin ortasında hər addım başı zibil qutusu qoyulsa, siqaret çəkilməyə geniş imkan yaradılsa, qərar qəbul etməyin, konkret yerlər müəyyənləşdirməyin nə mənası var?”
Heydər Həşimov qeyd edib ki, şəhərin müəyyən hissələrində konteynerlərin quraşdırılması aidiyyəti, həmin ərazidəki Mənzil İstismar Sahələrinin (JEK) tabeliyindədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər