"Sosial siyasət Azərbaycan Prezidentinin prioritetləri arasında əsas yer tutur " -DEPUTAT
Tarix: 09-01-2025 | Saat: 11:22
Bölmə:Siyasət | çapa göndər
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması və digər tədbirlər sayəsində Azərbaycanın iqtisadiyyatı özünün inkişaf tempini qoruyub saxlaya bilib. Yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi uğurlarına toxunan dövlətimizin başçısı iqtisadi müstəqilliyə nail olmadan siyasi müstəqilliyi qorumağın mümkün olmadığını bir daha diqqətə çatdırdı. Belə ki, Azərbaycanın ümumi daxili məhsulunun 4 faizdən çox artması dünya göstəriciləri arasında ən yaxşı mövqelərdə olduğumuzun göstəricisidir. Qeyri-neft sektoru üzrə iqtisadi artımın 6 faizdən və qeyri-neft sənaye sektorunun da 7 faizdən çox artması ölkənin inkişafına verilən dövlət dəstəyi tədbirləri sayəsində mümkün olub. Prezident İlham Əliyev neft sektorunda istehsalın sabitləşdiyini qeyd edərək qeyri-neft sektorunun inkişaf etdirilməsinin iqtisadiyyatımızın prioriteti olduğunu bildirdi. Bu gün çox az ölkələrin iqtisadiyyatlarında artımlarla bağlı mənzərələri müşahidə etmək mümkündür. Azərbaycanda iqtisadiyyata investisiyalar qoyulması fonunda dövlətin valyuta ehtiyatları 5 milyard dollar artaraq 72 milyard dollara çatıb. Xarici dövlət borcumuzun valyuta ehtiyatlarımızdan 14 dəfə aşağı olmaqla ÜDM-in cəmi 7,2 faizini təşkil etməsi dünyanın inkişaf etmiş ölkələri arasında qabaqcıl nümunədir. Halbuki, inkişaf etmiş ölkələrin əksəriyyətində xarici dövlət borcu ÜDM-dən yuxarıdır. Valyuta ehtiyatlarımızın artması işğaldan azad olunmuş ərazilərə böyük həcimdə dövlət büdcəsi vəsaitlərini ayrılması və 10 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması fonunda baş verir. Dövlətimizin başçısı, xüsusilə vurğulayaraq bildirdi ki, öz gücü ilə ərazilərini işğaldan azad edən və torpaqlarında dərhal yenidənqurma və bərpa işlərini iqtisadi imkanları çərçivəsində qısa zaman kəsiyində həyata keçirən dövlət nümunəsi yoxdur.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına son 4 ildə 19 milyard manat vəsait ayırıb. Həqiqətən işğaldan azad olunmuş ərazilərimizdə bu gün inşa olunan körpülər, tunellər, yol infrastrukturu, beynəlxalq hava limanları, dəmir yolları, yaşayış məntəqələri heç bir kənar dəstək olmadan dövlətimizin öz gücü ilə həyata keçirilib, bu da böyük iqtisadi imkanlar tələb edir. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi siyasət ölkəmizə bütün sahələr üzrə nəzərdə tutulmuş proqramları icra etməyimizə imkan verir. Keçən il 10 yaşayış məntəqəsinin istifadəyə verilməsi və bu il əlavə olaraq 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarılmasının planlaşdırılması dövlətimizin gücünün ifadəsidir. Əgər torpaqlarımız işğal olunmasaydı və dağıntılara məruz qalmasaydı Azərbaycan bütün bu vəsaitləri insanların sosial rifahının yüksəlməsinə sərf edərdi.
“Azərbaycan Prezidenti müsahibəsində, həmçinin dövlət büdcəsinin xərclərinin 41 milyard manatdan çox olduğunu, icmal büdcəsinin isə 48 milyard manatı ötdüyünü bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Təbii ki, büdcəmizin rekord həcimdə artırılması dövlətimizin başçısının apardığı uğurlu iqtisadi siyasətinin göstəricidir. Son illər aparılan islahatlar iqtisadiyyatın şəffaflaşmasına və büdcə gəlirlərinin artmasına yol açıb. Azərbaycan dövləti öz büdcə gəlirləri hesabına bütün işləri görür. O cümlədən hərbi gücün artırılması da diqqət mərkəzində saxlanılır. Hərbi xərclərimizin 8,4 milyard manat təşkil etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, əgər Ermənistan sürətlə silahlanmaya üstünlük verməsəydi və regionda sülhün yaranmasına xidmət edən addımlar atsaydı, hərbi büdcəyə bu qədər çox vəsait ayırmağımıza ehtiyac yaranmayacaqdı. Bu səbəbdən də hərbi büdcəmizin artırılması regionda sabitliyin, təhlükəsizliyin təminatçısıdır”, - deyə A.Badamov vurğulayıb.
Deputatın sözlərinə görə, büdcə qarşısında böyük vəzifələr durmasına baxmayaraq, sosial siyasətin davamlı şəkildə aparılması dövlətimizin başçısının prioritetləri arasında əsas yer tutur. Belə ki, son bir neçə ildə həyata keçirilmiş 4 sosial paketə 7 milyard manatdan çox dövlət vəsaiti sərf olunub. 2025-ci ildə də artıq 5-ci sosial paketin icrasına başlanılıb. Yanvarın 1-dən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata çatdırılmaqla 15 faizə qədər yüksəlib. O cümlədən dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatlarda çalışanların əmək haqları da 15 faiz artırılıb. Bu artımlar keçən il ölkəmizdə baş vermiş 2 faizlik inflyasiya fonunda baş verir. Təbii ki, ölkəmizdə sosial siyasətin dərinləşməsi dövlətimizin başçısının siyasətinin təməlində vətəndaşların rifahının dayandığını təsdiq edir. Prezident İlham Əliyevin müdrik, qətiyyətli liderliyi sayəsində Azərbaycan inkişaf edir və hər bir sahədə uğurlu nəticələrin əldə olunması təmin edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025