Mobil versiya
Məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
Tarix: 09-01-2025 | Saat: 11:09
Bölmə:Manşet / Ölkə | çapa göndər

Məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır

Bakıda orta məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentlə əlaqədar mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.

Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, dekabrın 18-də Yasamal rayonu ərazisində yerləşən məktəblərin birində valideynlər arasında incident baş verməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025