Cənab Prezident İlham Əliyevin mövqeyi xalqa inamın və xalqın etimadının göstəricisidir
Tarix: 09-01-2025 | Saat: 08:47
Bölmə:Manşet / Siyasət / Qərbi Azərbaycan / Özəl / Seçilənlər-9 | çapa göndər
Əziz Ələkbərli,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı
Yanvarın 7-də ölkə başçısı cənab İlham Əliyevin yerli televiziyalara müsahibəsi yayımlandı. Bu müsahibə ictimai həyatın bütün sahələrini əhatə etməklə yanaşı, həm ötən 2024-cü ildə siyasi, iqtisadi sferada əldə edilmiş nəticələrin təhlili, həm də 2025-ci ildə qarşıda duran mübarizə dolu həyat həqiqətlərini əks etdirməsi baxımından diqqəti cəlb etdi. Ölkə başçısının inamlı və qətiyyətli mövqeyi, bəzi məsələlərdə sərt ritorikası göstərdi ki, xalqa inam və xalqın etimadına söykənmə bir liderin ən güclü silahıdır. Məhz bu inamla yola çıxan cənab Prezident qazanılan uğurların, inamlı və qətiyyətli addımların əsasını ifadə etmiş oldu: “Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir.”
Məlumdur ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacağını vəd edən Lider dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, onlarda sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsidir.
Son 17 ildə Azərbaycan diplomatiyasının, cənab İlham Əliyevin səyləri nəticəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər bu həllə müvafiq hüquqi baza yaratdı. Bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.
Ölkə başçısının yerli televiziyalara müsahibəsində yenidən bu məsələyə qayıdılmasını zərurətə çevirən amillərdən biri də bizim son 35 ildə dediklərimizi ermənilərin özlərinin etiraf etməsi oldu. Xalqın etimad və dəstəyinə arxalanan, 44 günlük müharibənin Zəfərlə yekunlaşmasını həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev ona ünvanlanmış sualı cavablandraraq qeyd etdi ki, “Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edə bilərlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini.”
Lakin iqtidar-xalq birliyi, uzun illər bütün çətinliklərə, məhrumiyyətlərə dözməklə yaradılan ordu, qətiyyət və inam öz sözünü dedi. 2020-ci ilə qədər “Qarabağ - Ermənistandır” deyib yallı gedənlər indi məmnuniyyətlə “Qarabağ-Azərbaycandır” deyir və deyəcəklər. Çünki onların faşist ideologiyası da, məkrli planları da “dəmir yumruq” altında məhv olaraq tarixin arxivinə gömülmüşdür.
Ölkə başçısının geniş, hərətərfli müsahibəsində diqqət çəkən məqamlardan biri də Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı məsələsinə münasibətidir. Bu mücadilənin əsasını qoyan Müzəffər Ali Baş Komandan verdiyi cavabla bu məsələnin ötəri olmadığını bir daha diqqətə çatdırdı və dedi: “...Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik.”
Bu tarixi torpaqlara qayıdışın mütləq baş tutacağını, qədim Oğuz ellərinin də Qarabağ kimi yenidən gülüstana dönəcəyini inamla bildirən cənab İlham Əliyev bu inamdan yola çıxaraq Ermənistanın Baş nazirinə mesajını da çatdırdı: “Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir.”
Təbiidir ki, Qərbi Azərbaycan İcması ölkə başçısının ardıcıl, qətiyyətli mövqeyini həmişə dəstəkləyib, həmişə onun siyasi kursunun mütləq Böyük Qayıdışla nəticələnəcəyinə inamını heç vaxt itirməyib. Bu müsahibədə sərgilənən mövqe isə Qərbi azərbaycanlıların illər uzunu gözlədikləri qayıdışın mütləq, həm də yaxın vaxtda gerçəkləşəcəyinə olan inamı bir daha gücləndirmiş oldu. Çünki bu mövqe xalqa inamın və xalqın etimadının göstəricisidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025