Eltun Süleymanov: "Xalqının sonsuz sevgisini qazanan lider"
Tarix: 08-01-2025 | Saat: 16:16
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
Prezident İlham Əliyev: “Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da fəxr edə bilərik ölkəmizlə, ilk növbədə, xalqımızla”. Mən söhbətimə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsindəki bu fikirlərlə başlamaq istəyirəm. Bu çox müqəddəs hisslərdən yaranan ağıllı fikirdir. Bu cür düşünən, istər xarisi, istərsə də daxili siyasətini bu istiqamətdə quran lider tarixin bütün dönəmlərində güclüdür, uğur qaznmaq onun üçün çətin olmur. Çünki atılan addımların arxasında xalqın inamı və əbədi sevgisi dayanır. Bu həm də xalq iqtidar birliyinin təsdiqidir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Bu birliyi təmin edən əsas və mühüm şərt xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət yürütmək bacarığı olsun, elə bir lider ki, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Sözü ilə əməli üst-üstə düşən belə liderləri tarixə bəxş edən xalq əzəmətlidir, güclüdür, böyükdür. Xalqının sonsuz sevgisini qazanan liderlər isə çox xoşbəxtdir və onlar əbədi olaraq tarixin yaddaşında qalırlar.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə olduqca əhatəli, cəsarətli, dolğun və məntiqli idi. Cənab Prezident müsahibəyə 2024-cü ilin yekunları ilə başladı. 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri barədə nə demək olar və bu göstəricilər 2025-ci il üçün hansı proqnozlara əsas yaradır sualına çox məntiqli cavab verdi. “Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. O ki, qaldı maliyyə vəziyyətimizə, biz keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır”. Cənab Prezident onu da əlavə edib ki, “Bildiyiniz kimi, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”. Bütövlükdə bu müsahibə əslində bir fəaliyyət proqramı olmaqla bədxahlarımıza tutarlı mesajlarla zəngindir-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025
08-01-2025