Novruzəli Aslanov: “Cənab Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsində dünyaya bir sıra önəmli ismarıclar yer alıb”
Tarix: 08-01-2025 | Saat: 17:02
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Azərbaycan 2024-cü ili birmənalı olaraq çox müsbət nəticələrlə başa vurdu və daha yüksək hədəflərin müəyyən olunduğu 2025-ci ilə qədəm qoydu. Bütün sahələrdə dinamik inkişaf, dünyada durmadan artan nüfuzu və getdikcə güclənən beynəlxalq mövqeləri Azərbaycanın özü ilə növbəti ilə daşıdığı əsas yükü oldu. Bu yükün növbəti illərdə daha böyük dividendlərə çevrilməsi isə, birbaşa Azərbaycan dövlətinin bundan sonra həyata keçirəcəyi ilk növbədə xarici siyasətin effektivliyi ilə müəyyən olunacaq. Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində biz bu siyasi xəttin prioritet olacaq vektorlarının cizgilərini açıq-aydın müşahidə etdik. Eyni zamanda da dövlətimizin başçısı bu gün sadəcə Azərbycan ictimaiyyətini deyil, eləcə də bütün dünyanı maraqlandıran və düşündürən bir çox suallara dair təqdim etdiyi detallı açıqlamalarla növbəti dəfə dünyaya əsil siyasi master-klass keçmiş oldu. O cümlədən Bayden administrasiyasının Azərbaycanla bağlı xarici siyasətində yer almış kobud səhvləri təhlil edən cənab Prezident İlham Əliyevin məhz bu səbəbdən ABŞ-nın ümumilikdə Cənubi Qafqazda mövqelərinin zəiflədiyini diqqət mərkəzinə çəkdi. Dövlətimizin başçısı “Ağ ev”in Azərbaycanla bağlı əsas səhvinin Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinə qurban verməkdən ibarət olduğu vurğulamaqla məhz bu yanaşmanın əvvəllər əldə olunmuş yaxşı nəticələri kölgədə qoyduğunu qeyd etdi. Azərbaycana qarşı uzun müddət ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləmiş Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı öz əməlləri ilə böyük dərəcədə sarsıtdı. Lakin ölkəmizin ABŞ ilə əsas ciddi əməkdaşlıq platformasının Klinton və Corc Buş dönəmində yaradıldığını və Tramp dönəmində də bunun davam etdiyini nəzərə alsaq, ölkəlrimiz arasında münasibətlərin yenidən normal müstəviyə dönəcəyinə ümidlər olduğunu deyə bilərik. Maraqlıdır ki, cənab Prezident, özünün də qeyd etdiyi kimi, hələ Şuşa Forumunda, məhz kimin ABŞ-nın növbəti prezidenti seçiləcəyini hələ heç kimin bilmədiyi bir vaxtda sadəcə olaraq, Azərbaycanın maraqları nöqteyi-nəzərindən çıxış edərək öz mövqeyimi bildirmişdi ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərlərini, mənəviyyat dəyərlərini təbliğ edir. Bütün bunları ətraflı şəkildə təhlil edən cənab Prezident İlham Əliyev Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın mümkün ola biləcəyini diqqətə çatdırd.”
Bu sözləri aia.az-a açıqlamasında Milli məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bir neçə il əvvəl bütün dünyanın gündəmində olan qloballaşma tendensiyasının mahiyyəti barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımızın hərtərəfli təhlilə əsaslanan maraqlı açıqlamalarından biri də sözsüz ki, qloballaşma tendensiyasının əsil mahiyyətinin səciyyələndirilməsi ilə bağlı oldu. İlk növbədə cənab Prezident ümumiyyətlə qloballaşmanın nə məna daşıdığının bir çox ölkə üçün aydın olmadığını diqqət mərkəzinə çəkdi. Bəziləri bunun daha çox ticarətə, digərləri isə ümumiyyətlə bütün məsələlərə eyni prizmadan baxışın formalaşdırılması cəhdi kimi baxırdılar. Azərbaycan öz növbəsində bütün dövrlərdə, hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda da birmənalı şəkildə buna qarşı çıxış edib. Bu gün isə, bu mövzu artıq ümumiyyətlə beynəlxalq ictimaiyyətin gündəliyində deyil. Cənab Prezident bu tendensiyanın mahiyyət etibarı ilə ziyanlı olduğunu vurğulayaraq onun yaxın vaxtlarda tamamilə aradan qalxacağına ümid etdiyini bildirdi. Qloballaşmanın əsas ziyanı isə onun digər ölkələrin daxili işlərinə müdaxilə aləti olaraq, hökmranlıq platforması kimi yaradılmasında və ən əsası gənc nəslin dünya görüşünün dəyişdirilərək milli-mənəvi dəyərlərdən qoparılmalarına yönəlməsindədir. Lakin Azərbaycan bu sınaqdan da ləyaqətlə çıxaraq, bütün dövrlərdə xalqın maraqlarını müdafiə edən dövlətlə öz dövlətinin yanında olan xalq arasında sarsılmaz birliyin ən güclü və həlledici amil olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025
08-01-2025