Mobil versiya
Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı yoxlama başlanılıb - VİDEO
Tarix: 09-01-2025 | Saat: 12:53
Bölmə:Manşet / Aia TV / Ölkə | çapa göndər

Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı yoxlama başlanılıb

Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.

Bu barədə aia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.

"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025