Novruzəli Aslanov: “Azərbaycanın haqlı tələbləri təmin olunmalıdır”
Tarix: 30-12-2024 | Saat: 09:40
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Ölkə Prezidenti cənab İlham Əliyevin 29 dekabr tarixində AzTV-yə verdiyi müsahibəsində hadisə ilə bağlı bütün vacib məqamlar obyektiv şəkildə işıqlandırılmışdır. İlk növbədə möhtərəm dövlət başçımız ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, qəzanın təfərrüatlarının tam araşdırılması məqsədilə Azərbaycan beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasına nail olub. Rusiya tərəfinin Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırması barədə rəsmi təklifi tamamilə əsaslı olaraq rədd edilib. Cənab Prezident bu məsələyə aydınlıq gətirərək bildirib ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Buna görə də obyektivlik amillərinin tam təmin ediləcəyinə təminat vermək olmazdı. Əlbəttə ki, əgər qəza baş verəndən dərhal sonra Rusiya tərəfindən ədalətli və adekvat addımlar atısaydı, Azərbaycan bu təklifə bəlkə də etiraz etməzdi. Lakin Rusiyanın bəzi qurumları tərəfindən baş vermiş hadisənin təfərrüatlarını ört-basdır etmək cəhdləri aşkar şəkildə özünü büruzə verdi. Buna görə də Azərbaycan tərəfi məhz beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasında israrlı oldu. Nəticədə, hazırda baş vermiş qəzanın səbəblərini araşdıran qrupun tərkibinə təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri daxildir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Deputat baş vermiş qəza zamanı pilotların və təyyarənin bütün heyət üzvlərinin böyük qəhrəmanlıq nümayiş etdirdiklərini xüsusi qeyd edib: “Həqiqətən də baş verən faciədə təyyarənin bütün ekipaj üzvlərinin, xüsusən də pilotların davranışı əsl qəhrəmanlıq nümayişi idi. Öz müsahibəsində cənab Prezident İlham Əliyev bu məqamı xüsusi olaraq diqqət mərkəzinə çəkdi və bildirdi ki, pilotlar həm peşəkarlıq, həm də qəhrəmanlıq göstərərək idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Bu insanların fədakarlığını təsdiq edən məqamlardan biri də budur ki, pilotlar bu qəza enişindən özlərinin sağ çıxa bilməyəcəklərini dəqiq bilirdilər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Möhtərəm dövlət başçımız öz müsahibəsində ekipaj üzvlərinin təltifi ilə bağlı Sərəncam verəcəyini bəyan etdi və elə həmin gün bu şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə və “Rəşadət” ordeni ilə təltif olunmalarına dair Sərəncam imzalandı” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər