Mobil versiya
ABŞ Türkiyəyə hərbi təyyarə satmaqdan İMTİNA ETDİ
Tarix: 24-07-2018 | Saat: 12:33
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Türkiyəyə hərbi təyyarə satmaqdan İMTİNA ETDİ


ABŞ Konqresi Türkiyəyə təhvil veriləcək F-35 beşinci nəsil qırıcıları ilə bağlı son qərarını verib.



Modern.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, yeni qərarlar nəinki Türkiyəyə qırıcıların təhvili dayandırılacaq, həmçinin bu ölkənin F-35 layihəsindən də çıxarılması nəzərdə tutulur.

Konqresin Senat və Təmsilçilər Məclisi Türkiyəni 716 milyard dollarlıq ortaq layihədən kənarlaşdırmağı planlaşdırır.



Belə ki qanunun qüvvəyə minməsindən 90 gün içərisində ABŞ müdafiə nazirliyi Türkiyə-ABŞ münasibətləri mövzusunda Konqresə hesabat təqdim etməlidir.

Qanunun Təmsilçilər Məclisi tərəfindən qəbul edilən versiyasında Müdafiə Nazirliyindən hesabat gələnə qədər qırıcıların təhvil verilməsinin təxirə salınması nəzərdə tutulmuşdu. Lakin Senatın qanuna yeni əlavəsi ilə Türkiyənin layihədən tamamilə çıxarılması nəzərdə tutulub.



Bu hesabatda Türkiyənin Rusiyadan alacağı “S-400 kompleksinin” ABŞ-la hərbi əlaqələrə təsiri və F-35 proqramından çıxarılmasının ABŞ müdafiə sənayesinə yaradacağı problemlər əksini tapmalıdır.

Xatırladaq ki, ABŞ Müdafiə Naziri Cim Mettis keçən həftə Konqresə bu mövzuda məktub ünvanlayıb. Məktubda nazir Türkiyədəki yeni siyasəti ilə bağlı Konqresin qayğılarına şərik olduğunu bildirsə də F-35 qırıcılarının təhvilinin dayandırılmamalı olduğunu qeyd edib. O, bunun beynəlxalq tədarük zəncirində ciddi fəsadlara səbəb olacağını qeyd edib.



Türkiyə Müştərək Hücum Proqramı çərçivəsində Lockheed Martin şirkəti tərəfində istehsal edilən F-35 Lightning II layihəsinə 2002-ci ildə qatılıb. Türkiyənin layihədəki digər şərikləri isə ABŞ, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norveç, İngiltərə və Almaniya kimi ölkələrdir. Türkiyə layihədə bu beşinci nəsil döyüş qırıcılarının bəzi parçalarını istehsal etməklə yanaşı öz hava donanmasına da 116 ədəd qırıcı sifariş edib. Bu sifariş üçün Türkiyə tərəfindən ümumi 25 milyard dollar ödənilməsi nəzərdə tutulub.



Qeyd edək ki, ABŞ Konqresi bu mövzuda ilin əvvəlində də qərar qəbul etməyə çalışmışdı. Lakin sonradan iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda qanun layihəsi səsvermədən keçə bilməyib. İyunun 21-də isə Türkiyə üçün istehsal edilmiş ilk qırıcı türk pilotlarına təhvil verilib. Bundan əlavə ABŞ prezidenti Donald Tramp da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bu işlə əlaqədar lazımi təlimatları verdiyini söyləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024