Mobil versiya
Trampla Putinin təkbətək görüşü başa çatıb
Tarix: 16-07-2018 | Saat: 17:03
Bölmə:Dünya | çapa göndər

Trampla Putinin təkbətək görüşü başa çatıb



Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Helsinkidəki ilk təkbətək görüşü başa çatıb.

aia.az "RİA Novosti”yə istinadən xəbər verir ki, görüş gözlənildiyindən daha uzun çəkib. Protokola görə, ikitərəfli danışıqlara bir saat yarım vaxt ayrılsa da, Trampla Putinin yalnız tərcüməçilərin iştirakilə olan təkbətək görüşü 2 saat 10 dəqiqə çəkib.

Bunun ardınca digər siyasətçilərin də iştirakilə daha geniş tərkibdə ABŞ-Rusiya danışıqları aparılacaq. Protokola əsasən, geniş formatlı görüşün 1 saat 45 dəqiqə çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Trampla Putinin bu günkü görüşü onların çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşdür. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhrandır. Bağlı qapılar arxasında görüşü davametdirməzdən əvvəl Tramp bildirib ki, indi ikitərəfli əlaqələrin normallaşması üçün imkan yaranıb və ümid edir ki, Rusiya ilə xüsusi münasibətlər formalaşacaq.(azvision.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə