Mobil versiya
Putindən NATO-ya HƏDƏ: “3 günə çıxın, yoxsa dənizin dibinə göndərəcəyik!”
Tarix: 14-06-2018 | Saat: 15:42
Bölmə:Manşet / Dünya | çapa göndər

Putindən NATO-ya HƏDƏ: “3 günə çıxın, yoxsa dənizin dibinə göndərəcəyik!”


Rusiya prezidenti Vladimir Putin Qara dənizi tərk etmək üçün NATO donanmasına üç gün vaxt verib.



Modern.az saytının xəbərinə görə, bu haqda Çinin “Tzinji Toutyao” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Rusiya lideri onların dənizin dibinə göndəriləcəyini bildirib.



Rusiya prezidentinin bu reaksiyası Suriyaya görə olduğu göz qabağındadır. Məsələ burasındadır ki, Suriya müharibəsinə qatılan Rusiyanın bu ölkə ilə qurudan və havadan birbaşa əlaqəsinin olmaması onu çətin vəziyyətdə qoyur.



Beləliklə bütün hərbi yardımlar dəniz yolları ilə daşınır. Yəni Rusiyanın ilhaq etdiyi Krımdakı dəniz limanlarından gəmilər Suriya limanlarına bütün yardımları daşıyırlar.

Buna görə də Qara dəniz və Aralıq dənizində təhlükəsizlik onun üçün bu dərəcədə vacibdir.

Təcrübə göstərir ki, hərbi gəmilərin savaşması zamanı gəmi itirmək büdcəyə hərbi və maddi ləvazimatların daşıyan gəmilərin itirilməsi qədər zərər vura bilmir.



Buna bariz nümunə kimi biz Argentina və İngiltərə arasında 1982-ci ildə baş vermiş müharibə zamanı argentinalı pilot tərəfindən daşıyıcı gəminin vurulmasını göstərmək olar. Həmin gəmi üzərində 24 helikopter və hava limanının tikilişi üçün lazımi ləvazimatlar daşınırdı. Nəticədə bir zərbə ilə bütün gəmi heyəti və daşıdığı hər şeylə dənizin dibinə qərq oldu. Bu zərbə argentinalıların Britaniyaya vurduğu bəlkə də ən pis zərbə idi.

Rusiya isə Qara dənizi hər zaman öz daxili dənizi kimi görüb. NATO-nun burada donanma yerləşdirməsini isə bir təhqir və ərazilərinə təcavüz kimi qiymətləndirir.



NATO-nun bu addımını Rusiyaya təzyiq etmək və onu Suriya cəbhəsində zəiflətmək kimi qiymətləndirmək olar.

Bəs Suriya Rusiya üçün niyə bu qədər vacibdir? Axı Putin hökuməti bu dini ayrı, mədəniyyəti ayrı ölkə üçün niyə milyardlarla dollar xərcləsin? Burada məsələ böyük dövlətlərin böyük maraqlarından gedir.

Beləliklə Suriya SSRİ dövründən Rusiya ilə həm kəşfiyyat həm də geosiyasi məsələlərdə belə güclü əlaqələrə malik olub. 1947-1991-ci illərdə isə Suriya SSRİ-nin Qərbə qarşı ən yaxın müttəfiqlərindən olub.

Hələ 2011-ci ildən Suriyadan konfliktin başlandığı gündən bu yana Rusiya Bəşər Əsədin yanında olub.

Çünki Suriyada Əsəd rejiminin yıxılması və orada Qərbin dəstək verdiyi qüvvələrin möhkəmlənməsi Rusiyanı bu regiondakı böyük proseslərdən kənarda qoya bilərdi.



Buna görə də 2015-ci ildə Rusiya rəsmi olaraq Silahlı Qüvvələrinin Suriyada istifadə edilməsinə icazə verib.

Suriyanın itirilməsi Rusiyaya sonu xoş olmayan tale yaşada bilər. Belə ki, Suriyanı həll etməklə müttəfiqlər nəinki Rusiyanı, həm də İranı da zəiflətmiş olurlar.

Bundan sonra isə Rusiyanı yalnız öz metodu, yəni münaqişələrlə vurmaq qalır.

Bunun üçün Rusiyanın cənubundakı ona narazı və müstəqillik eşqi olan qüvvələri maliyyələşdirmək ilk addım olar.



Ekspertlərin fikrincə, bununla da rəqiblərin maraq oyunları Rusiyanın xaricindən daxilinə keçəcək ki, bu onu məhvə sürükləyəcək.

Bütün bu səbəblərə görə də Rusiya prezidenti Vladimir Putinin NATO qüvvələrinə ünvanlandığı bu nota aydın başa düşülür.

NATO-nun bu ultimatuma əməl edib-etməyəcəyini isə zaman göstərəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024