Mobil versiya
ABŞ-ın fantastik hərbi büdcəsi - 716 milyard dollar
Tarix: 25-05-2018 | Saat: 11:59
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ-ın fantastik hərbi büdcəsi - 716 milyard dollar


ABŞ Konqressinin nümayəndələr palatası böyük səs çoxluğu ilə 2019-cu maliyyə ili üçün büdcə və Müdafiə Nazirliyinin yürüdəcəyi siyasətin istiqamətləri haqqında qanun layihəsini qəbul edib.

aia.az AzVision.az-a istinadən xəbər verir ki, sənədə əsasən, 2019- cu ildə Pentaqona (ABŞ Müdafiə Nazirliyi) büdcədən ayrılacaq ümumi maliyyə ABŞ prezidenti Donald Trampın istəyinə uyğun olaraq, 716 milyard dollar təşkil edəcək. Bu məbləğin 99 milyard dolları ABŞ-ın ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlarının maliyyələşməsinə xərclənəcək.

Həmçinin, qanun layihəsində ABŞ hərbi qulluqçularının sayının daha 16 min nəfər, onların əmək haqlarının isə 2,6% artırılması nəzərdə tutulub. Bundan başqa, hərbi hava qüvvələrinin yenilənməsi üçün 40 milyard dollar sərf olunacaq.

ABŞ-ın yeni nüvə başlıqlarının hazırlanmasına isə 65 milyon dollar maliyyə ayrılıb. 2019-cu il hərbi büdcəsinin bu maddəsi qızğın müzakirələrə səbəb olub. Demokratlar buna qarşı çıxaraq, həmin bəndin ləğvini təklif ediblər. Lakin Respublikaçılar partiyasının üzvləri onların təklifini rədd edərək, yeni nüvə başlıqlarının Rusiyanın qarşısını almaqda vacib olduğunu bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024