Mobil versiya
Rusiyanın gizli raket sınaqları uğursuzluqla nəticələnib
Tarix: 22-05-2018 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın gizli raket sınaqları uğursuzluqla nəticələnib


Rusiyanın təhlükəli silahları sırasında ən dəhşətlilərindən biri sayılan raketin sınaqları uğursuz olub.



Modern.az “CNBC” kanalına istinadən xəbər verir ki, Rusiyanın 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər keçirdiyi sınaqlar uğursuz olub.



Kanal bu məlumatları ABŞ-ın kəşfiyyat orqanlarına istinadən yayıb.

Bununla yanaşı digər fantastik hiper səs raketlərinin sınaqlarının uğurlu keçdiyi də qeyd edilir. Bu silaha qarşı hələ ki, ABŞ-ın müdafiə sisteminə malik deyil.



Rusiya tərəfi isə məsələyə pozitiv yanaşaraq ABŞ həmkarlarını “narahat” olmamağa çağırıb.

“Elə bunun üçün sınaqlar keçirilir. Yəni onlar uğursuz olsun və düzəlişlər edilsin ki, sonra onlar uğurlu olsun. Bütün dünyada sınaqlar həyata keçirilir və onlar ilk dəfədən heç bir yerə uça bilmir. Buna görə də mən burada heç bir fəlakət görmürəm” – Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bildirib.



O həmçinin silahlanmada olan silahların işlək olmasının vacibliyinin əsas olduğunu qeyd edib.

Qeyd edək ki, nüvə reaktorlu bu raketlər demək olar ki, sonsuz şəkildə uçaraq düşmənə lazımi məqamda sarsıdıcı zərbələr həyata keçirmək üçün nəzərdə tutulub. Yəni bu raketlər günlərlə pilotsuz şəkildə dayanmadan uçaraq düşmən ərazisində kəşfiyyat aparıb hədəfləri müəyyən və məhv etmək üçün nəzərdə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024