Mobil versiya
Türkiyədə peşə cinayətləri artır – Dəhşətli STATİSTİKA
Tarix: 10-05-2018 | Saat: 10:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyədə peşə cinayətləri artır – Dəhşətli STATİSTİKA



Beynəlxalq Əmək Təşkilatı və Dünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalara görə Türkiyədə peşə cinayətləri ilbəil artmaqdadır.



Sadəcə aprel ayında 177 nəfər işçi peşə cinayətinin qurbanı olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkədə vəziyyət acınacaqlı hal alıb. BƏT-in açıqlamasında bildirilir ki, Türkiyə peşə cinayətləri üzrə Avropada birinci, dünyada üçüncüdür. Xüsusilə AKP-nin hakimiyyəti dövründə peşə cinayətləri daha da artıb. Məlumata görə, qazancı yüksək saxlamaq üçün lazımi iş təhlükəsizliyi alınmır və yoxlamalar keçirilmir, ya da tam aparılmır. Nəticədə son 4 ay ərzində işçi ölümləri 575 nəfərə çatıb.



BƏT və DST-nın verdiyi məlumata görə, Türkiyədə peşə xəstəliyindən ölənlərin sayı daha yüksəkdir. Aprel ayında 10 qadın işçi peşə xəstəliyindən dünyasını dəyişib. Ölümlər daha çox kənd təsərrüfatı, tikinti, nəqliyyat, səhiyyə sahələrində özünü göstərir. Ümumilkdə aprel ayında 800-dən çox işçi peşə xəstəliyindən dünyasını dəyişib.



AKP-nin hakimiyyətə gəldiyi dövrdən bu yana ümumilikdə 21022 işçinin bu hala məruz qalaraq dünyasını dəyişdiyi bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024