Mobil versiya
Sarkisyanın başağrısına çevrilən Paşinyan kimdir? - DOSYE
Tarix: 19-04-2018 | Saat: 11:54
Bölmə:Manşet / Dünya | çapa göndər

Sarkisyanın başağrısına çevrilən Paşinyan kimdir? - DOSYE


Serj Sarkisyanın prezidentlik səlahiyyətlərinin bitməsindən sonra bu dəfə baş nazir kimi ölkəyə rəhbərlik etmək niyyəti ölkə müxalifətinin və sadə vətəndaşların hiddətinə səbəb olub.



Bu etirazların təşkilatçısı və əsas siması isə uzun illərdir ki, müxalifətdə olan və buna görə təqiblərə məruz qalan deputat Nikol Paşinyandır.


Modern.az Serj Sarkisyan üçün başağırısına çevrilən Nikol Paşinyan haqda qısa informasiya təqdim edir.



Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevan şəhərində anadan olub. 1991-ci ildə doğma şəhərində orta məktəbi bitirdikdən sonra Yerevan Dövlət Universitetinin Filologiya fakültəsini jurnalistika ixtisassını bitirib. O, müsahibələrində aktiv siyasətlə məşğul olduğu üçün universitet rəhbərliyinin ciddi təzyiqləri ilə üzləşdiyini də bildirib.



1992-ci ildə jurnalistikaya gələn Paşinyan “Avanqard” qəzetində ilk məqalələri ilə çıxış edib. 1993-1994-cü illərdə isə “Dprutyun” qəzetində çalışıb.



Nikol Paşinyan Levon Ter-Petrosyan hakimiyyəti illərində “Lraqir”, Lraqir or”, “Molorak” qəzetlərində çalışıb və mövcud hakimiyyətlə bağlı yumşaq tənqid xətti yürüdüb. 1998-ci ildə “Oraqir” qəzetinin baş redaktoru postuna keçdikdən sonra isə o, yeni prezident Robert Koçaryana və onun komandasına qarşı radikal müxalifətçi kimi sərt tənqidlər yağdırıb.


1999-cu ilin yayında hakimiyyətin təzyiqlərindən sonra “Oraqir” qəzeti bağlanıb. Lakin Paşinyan fəaliyyətsiz qalmır və elə həmən il “Aykakan Jamank” qəzetinin baş redaktoru olur.



2008-ci ilin prezident seçkiləri öncəsi Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. Lakin seçkilərdən sonra Serj Sarkisyan rejimi martın 1-də Yerevanın mərkəzində mitinqin dağıdılması barədə göstəriş verir.

Həmin hadisələr zamanı 10 nəfər həlak olur, yüzlərlə insan isə yaralanır. Hakimiyyətin repressiyalarından qaçan Paşinyan qeyri-leqal fəaliyyətə keçir. Hakimiyyət isə onu axtarışa verir. 1 il 4 ay gizli fəaliyyət göstərdikdən sonra 2009-cu il iyulun 1-də Paşinyan Yerevan Baş Prokurorluğunun binasına gəlir və könüllü təslim olur. Təcridxanada olduğu müddətdə, jurnalist “Həbsxana gündəlikləri” adlı silsilə məqalələr yazır və onları “Aykakan jamanak” qəzetində çap edir.



O, 2010-cu il yanvarın 10-da Ermənistan parlamentinə deputat seçilmək üçün namizədliyini irəli sürür. Lakin seçki kampaniyasını həbsxana olduğu üçün hərtərəfli qura bilmir və deputatlıq mandatı qazanmır.


2010-cu il yanvarın 19-da isə Nikol Paşinyan 2008-ci ilin martında kütləvi aksiyaların təşkilində təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilir. 2010-cu ilin martında məhkəmə bu müddəti 2 dəfə azaldır.



Həmin ilin noyabrın 10-da isə “Koş” həbsxanasında saxlanılan Nikol Paşinyan i nəfər qara maskalının hücumuna məruz qalır.

Siyasətçi onlar tərəfindən amansızcasına döyülür. İnsidentdən sonra karsera salınan Paşinyanın həbs müddətində aqressiv və problemli məhkum olduğu açıqlanır.



2011-ci il mayın 27-də Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı elan olunmuş amnistiya ilə həbsxananı tərk edib.


Həbsdən çıxdıqdan dərhal sonra o yenidən aktiv siyasətə qayıdıb. Artıq mayın 31-də Paşinyan “Erməni Milli Konqresi”nin keçirdiyi etiraz aksiyasında əsas simalardan idi. 2011-ci ildə Konqresin keçirdiyi daha 20 mitinqdə də Paşinyan baş rolu oynayırdı.



2012-ci ildə Erməni Milli Konqresindən Yerevanın Açapnyak dairəsi üzrə parlamentə üzv seçilib. 2013-cü ildə Levon Ter-Petrosyanla aralarında yaranmış mübahisə nəticəsində Paşinyan Konqresi tərk edib və “Vətəndaş razılaşması” partiyasına üzv olub.



2016-cı ildə isə “Vətəndaş razılaşması”da daxil olduğu “Yelk” (Çıxış) blokunun tərkibində parlamentə seçilib.

Hazırda “Vətəndaş razılaşması” partiyasının lideri və “Yelk” blokunun üzvü kimi Nikol Paşinyan Serj Sarkisyana qarşı aksiyaların əsas təşkilatçıdır.



Nikol Paşinyan Anna Akopyanla evlidir və onların üç övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024