Mobil versiya
Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı
Tarix: 02-04-2018 | Saat: 10:19
Bölmə:Manşet / Dünya | çapa göndər

Rusiya qərar verdi: Ermənistanda böyük hərbi təlimlər başladı


Ermənistanda yerləşən Rusiya hərbi bazasının mindən çox hərbçisi Alagöz dağlıq poliqonunda hərbi təlimlərdə iştirak edir.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.

“İkitərəfli taktiki təlimlərdə mindən çox hərbçi iştirak edir və qırıcı, ordu və pilotsuz aviasiya da daxil olmaqla 300-ə yaxın hərbi texnika cəlb olunub”, - deyə məlumatda qeyd olunub.

Həftə ərzində birləşmə komandiri, polkovnik Vladimir Yelkanovun rəhbərliyi ilə hərbçilər artilleriya, hava hücumundan müdafiə qoşunları və aviasiyanın dəstəyi ilə taktiki təlimlər keçirəcəklər.

“Manevrlər və şərti düşmənə atəş zərbələri pilotsuz uçuş aparatları tərəfindən izləniləcək və bütün məlumatlar real vaxt rejimində kameralar vasitəsilə komanda-qərargah mərkəzinə ötürüləcək ki, bu da birləşmələrin təlim döyüşündə hərəkətlərini obyektiv şəkildə qiymətləndirməyə imkan verəcək”, - deyə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024