Mobil versiya
Məşhur alim Stiven Hokinq vəfat etdi
Tarix: 14-03-2018 | Saat: 10:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Məşhur alim Stiven Hokinq vəfat etdi


Məşhur britaniyalı fiziki, astronom və nəzəriyyəçi Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

aia.az saytı xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar.

Kainatın ilkin vəziyyətinin öyrənilməsi sahəsində çalışan Stiven Hokinq dünyanın sonu ilə bağlı verdiyi proqnozlarla bütün dünyada məşhurlaşmışdı. Stiven Hokinq 10 milyon nüsxədə çap edilən “Zamanın qısa tarixi” kitabının müəllifidir.

S.Hokinq tamamilə iflic vəziyyətdə olmasına baxmayaraq, aktiv elmi fəaliyyət göstərirdi. Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bu günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur, o həmçinin qara dəliklərin araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb. Hokinq haqqında astronomiya, qara dəliklər nəzəriyyəsi, kosmologiya və ən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açırlar.

Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləyirdi. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz var. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin idi. İddia edirdi ki, onların Yerə gəlməsi Yer planeti üçün çox ciddi fəsadlarla nəticələnəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024