Mobil versiya
ABŞ İŞİD liderinin ovuna davam edir - “Onun harada gizləndiyini bilirik”
Tarix: 26-02-2018 | Saat: 14:53
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ İŞİD liderinin ovuna davam edir - “Onun harada gizləndiyini bilirik”




İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ölümü ilə bağlı 100%-lik sübut yoxdur. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon telefonla verdiyi açıqlamasında deyib.



“Bir çox ölkələr Bağdadinin öldüyünü bildirirdi. Amma koalisiyanın bununla bağlı aşkar faktları yoxdur. Biz onun və ardıcıllarının ovunu davam etdirəcəyik”.



Dillon bu vaxta qədər İŞİD rəhbərliyində olan 2 mindən çox komandirin məhv edildiyini xatırladıb və proseslərin davam etdirildiyini əlavə edib. ABŞ rəsmisi Əl-Bağdadinin gizləndiyini yeri bildiklərini açıqlayıb.


“İŞİD 7 milyon insanın yaşadığı 99% ərazisini itirib. Təşkilatın liderinin Suriyanın şərqində Deyr-Əz-Zor vilayətində gizləndiyi ehtimal olunur”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024