Mobil versiya
Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu
Tarix: 13-01-2018 | Saat: 11:42
Bölmə:Karusel / Dünya | çapa göndər

Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu



Yaponiyada yenə "quş qripi" virusu aşkar edilib. Adalet.az-ın məlumatına görə, bu virus səbəbindən Sikoku adasında Kaqava prefekturasında 92 min toyuq məhv edilib.

Məlumata görə, xəstə toyuqlar bir neçə quşçuluq fermasında aşkar edilib.

Toyuqların məhv edilməsi prosesində 750 adamın, o cümlədən özünümüdafiə qüvvələrinin iştirak etdiyi bildirilir.

Virus aşkar edilən ərazilərdə karantin elan edilib. Ətraf yollarda dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, bu, il başlayandan Yaponiyada ilk "quş qripi" virusunun aşkarlanması faktıdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə