Mobil versiya
ABŞ Şimali Koreyaya qarşı müharibəyə hazırlaşır
Tarix: 21-12-2017 | Saat: 11:40
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ Şimali Koreyaya qarşı müharibəyə hazırlaşır



Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasının raket-nüvə proqramının dayandırılması məqsədi ilə bu ölkəyə zərbə endirmək planı hazırlayır.

aia.az xəbər verir ki, bu barədə "The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, Ağ ev son aylarda diplomatik yolla danışıqların istənilən nəticə vermədiyinə görə Koreya yarımadasının nüvə probleminin hərbi yolla həllinə qarşı xeyli fəallaşıb.

Qəzet yazır ki, güc ssenarisinin variantlarından biri də Pxenyanın növbəti raket sınaqlarını keçirənə qədər start meydançasını məhv etməkdir. Bundan başqa silah anbarları da prioritet ola bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024