Mobil versiya
Qızını qaçıran oğlandan əvəzində bacısını istədi - Namus davası QƏTLLƏ BİTDİ
Tarix: 25-10-2017 | Saat: 17:44
Bölmə:Dünya | çapa göndər

Qızını qaçıran oğlandan əvəzində bacısını istədi - Namus davası QƏTLLƏ BİTDİ



Qaziantepdə təxminən 3 ay öncə məruz qaldığı silahlı hücum zamanı dünyasını dəyişən Ali Çelikin (49) ona olan təklifi qəbul etmədiyi üçün öldürüldüyü ortaya çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, mərhumu qətlə yetirənlər Ali Coşkun, oğlanları Celalettin, Mehmet və qardaşı Seyfettin Coşkun ilə qardaşı oğlu M.C. (17) haqqında "əlbir olaraq qətlə yetirmək" iddiası ilə barələrində cinayət işi açılıb.

Təqsirləndirilən Ali Coşkunun qızı Meryemin Ali Çelikin oğlu Mehmet ilə qaçdığına görə, "Coşkunun, Çelikin qızını oğluna verəcəyi təqdirdə barışmağı qəbul edəcəyini" söylədiyi haqda məlumata yer verilən iddianamədə şübhəlilərin Ali Çelikin təklifi rədd etməsindən sonra namus bəhanəsiylə öldürmək planı qurduqları açıqlanıb.

Şübhəlilərin Ali Çeliki öldürmək üçün iki həftə təqib edərək plan qurduqları qeyd edilən iddianamədə olay günü bazardan qayıdan Çeliki Ali Coşkun ilə oğlu Mehmetin tüfənglə qətlə yetirdikləri qeyd edilir.

Məhəmməd Vaqif



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024