Mobil versiya
Müğənninin ərini gözünün qabağında döydülər
Tarix: 18-10-2017 | Saat: 12:04
Bölmə:Dünya / Karusel | çapa göndər

Müğənninin ərini gözünün qabağında döydülər


Müğənni Banu Parlak ötən gün böyük şok yaşayıb. Əriylə birgə avtomobilləri ilə yol gedərkən Parlakın əri iki şəxs tərəfindən döyülüb.

aia.az Sabah-a istinadən xəbər verir ki, dodağına dörd tikiş atılan Okan Öztürk polisə şikayət edib. Öztürk polisə verdiyi ifadəsində bir maşından yol istədiyini və avtomobildəki təxminən 20 yaşlı iki gəncin onları maşınla kənara sıxdığını, daha sonra isə onu təhqir etdiklərini deyib.

Okan Öztürkü müğənni həyat yoldaşı Banu Parlakın yanında döyən və saxlanılan iki şübhəli prokurorluğun qərarı ilə sərbəst buraxılıb.

Banu Parlak yaşananlarla bağlı bunları deyib: "Həqiqətən çox qorxunc bir olay yaşadıq. Ərimə qarşı bu cinayəti törədənlərin sərbəst buraxılması yolverilməzdir. Bu olay bir qadın olaraq mənim də başıma gələ bilərdi. Bunu düşünmək daha da üzücüdür. Hətta ərimlə də danışdım, ən qısa zamanda müdafiə məqsədiylə bir döyüş idman növü ilə məşğul olmaq istəyirəm. Ən azından bu məni bir az rahatladar".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024