Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"
Tarix: 16-10-2017 | Saat: 16:25
Bölmə:Dünya | çapa göndər
70-ci illərdə “Naziri istefaya göndərən qadın” kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib:
“Ondan incisəm də, unuda bilmirəm. Bəzən onunla görüşməyimizi qəzetlərə mənim məlumat ötürdüyümü iddia edirdi, amma heç bir media orqanının pul təklifini qəbul etməmişəm. Yenə mənə qayıtsa, ona baxaram. Biz bir-birimizi çox sevmişdik. 6 ay eşq yaşadıq. İndi həyat yoldaşı rəhmətə gedib. Xanımı ilə heç vaxt bir-birimizi narahat edib, artıq-əskik söz danışmadıq. Uşaqları məni çox istəyirdilər”.
Qeyd edək ki, 1979-cu ildə Aynurla yaşadığı sevgi münasibəti üzə çıxan nazir Hasan Fehmi istefa etməyə məcbur olmuş, uzun müddət bu qeyri-qanuni sevgisi ilə gündəmdən düşməmişdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025