Mobil versiya
"Çox istəyirəm həyatımda sevgi olsun" - Lalə
Tarix: 16-10-2017 | Saat: 16:20
Bölmə:Dünya / Karusel | çapa göndər

"Çox istəyirəm həyatımda sevgi olsun" - Lalə



"Çox istəyirəm həyatımda sevgi, gözəl münasibət olsun".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" verilişində deyib.

Müğənni bildirib ki, son günlər görünüşündə dəyişiklik etməsi birmənalı qarşılanmayıb:

"Sevgini yaşayanda gizlədə bilməzsən. O insanın üzündə bilinir. Biri deyir ki, Lalə xanım, imicinizi dəyişmisiniz. Bu sizin həyatınızdakı ikinci baharla əlaqədardır? İkinci bahar 50 yaşdan sonra yaşanar. İnsanın imicini daxili ilə əlaqələndirməyin. Sevgi yoxdursa, özümə qapanmayacam. Bəlkə 50 yaşdan sonra ikinci bahar yaşadım?".

L.Məmmədova sosial şəbəkədə yazdığı statuslardan da söz açıb:

"İnsanın bir ruh halı olur, dəyişkəndir. Hər gün bir halda oluram, statuslar yazıram. Hazırda həyatımda yalnız övladlarım və sənətimdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024