Mobil versiya
"İndi yoldaşlığımız yoxdur" - Elməddin Raminin getməyindən gileyləndi
Tarix: 12-10-2017 | Saat: 18:18
Bölmə:Dünya | çapa göndər

"İndi yoldaşlığımız yoxdur" - Elməddin Raminin getməyindən gileyləndi



AktyorElməddin Cəfərovişbirliyinə son qoyduğu rejissorRamin Hacıyevdən danışıb.

aia.az axşam.az-a istinadın xəbər verir ki, aktyor "Kulis" verilişində Ramindən incidiyini etiraf edib.

Elməddin bildirib ki, rejissor ona deməmiş gizlin "Xəzər" telekanalına işə düzəlib:

"Raminlə biz həm dost, həm də yoldaş idik. İndi yoldaşlığımız yoxdur, başqa şirkətdə çalışır. Getməyini gec bildim. Üç-dörd aydan sonra bildim ki, başqa şirkətlə müqavilə bağlayıb. Kaş mənə deyib gedərdi. Özüm ona dedim, boynuna aldı. Onun geri qayıtmasına mən razılıq versəm də, komanda istəməz. Çünki o, işi yarımçıq qoydu getdi.

Bu proseslər məni sarsıtdı. Hər gecə yuxuma gəlirdi və danışırdı. Maddi, mənəvi səbəb yox idi, axı qardaşdıq. Necə ola bilər?"

Qeyd edək ki, uzun illər "Bacanaqlar" serialında həm aktyorluq edən, həm də rejissor kimi çalışan R.Hacıyev hazırda "Xəzər"də "AiləCanlı" adlı ekran işində rol alır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024