Mobil versiya
"İşdən çıxarılan" aktyorlar DANIŞDILAR
Tarix: 11-10-2017 | Saat: 12:43
Bölmə:Dünya / Karusel | çapa göndər

"İşdən çıxarılan" aktyorlar DANIŞDILAR



Tanınmış aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlinin çalışdıqları teatrdan uzaqlaşdırıldıqları deyilir. Bununla bağlı yayılmış xəbərdə bildirilir ki, aktyorlar Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqə qatıldıqları üçün cəzalandırılıblar. Hətta o da iddia olunur ki, aktyorlar çəkildikləri seriallardan da çıxarılıb.

Modern.az saytı məsələ ilə bağlı aktyorların mövqeyini öyrənməyə çalışıb.

Aktyor Ayşəd Məmmədli də işdən çıxarılması xəbərinin yalan olduğunu deyib.
“İşdən çıxarılmamışam. İşimin başındayam. “Sağ olsunlar!”. Məni işdən də çıxartdılar. Başa düşə bilmirəm ki, bir xəbəri bilmədən necə yazmaq olar?! Bu heç jurnalist qələminə yaraşan hal deyil”.

Aktyor İlqar Cahangir Facebook səhifəsində məsələ ilə bağlı açıqlama yazıb.
“Mənim işimdən çıxarılmağımla bağlı yanlış məlumatlar yazılıb. Hazırda işimin başındayam, serial çəkilişindəyəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024