Mobil versiya
"Səmra mentaliteti aşıb" - Zümrüd
Tarix: 03-10-2017 | Saat: 18:06
Bölmə:Dünya / Karusel | çapa göndər

"Səmra mentaliteti aşıb" - Zümrüd



"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli "Zümrüd və Suat" şounun qonağı olub.
Axşam.az xəbər verir ki, proqramın aparıcılarından olan Zümrüd Qasımova ifaçının ünvanına bunları deyib:
"Alışdığımız standartlar, mentalitet var. Səmra hər şeyi aşıb. Bu da bir cəsarətdir".
Müğənninin anası İlahə Baxşıyeva qızının uşaqlıqdan müsabiqələrə qatıldığını deyib:

"Səmranın bütün addımları orta məktəbdən başlayıb. Harada bir yarışma olduğunueşitmişəm, onu aparmışam. Valideynlərin günahı övladın arzusunun qarşısını almaqdır. Uşağı düzgün yönəltmək lazımdır. Gündəmdə qalması da bundandır. "X Factor”, "Səs Azərbaycan”, "O səs Türkiyə” və "Eurovision”a qatıldı”.

Səmra isə hər addımının səs-küy yaratdığını deyib:

"Mənim adım səs-küylü Səmradır. Məndən əvvəl bunları edən olub. Məndən sonra da addımlarımı təkrarlayanlar var. Amma ancaq Səmranın işləri danışılır. Mənim uğurum anamın yanımda olmasıdır. Saxta profillər açırlar, məni tənqid edirlər. Sonra görürəm ki, həmin adam özünü mənə oxşatmağa çalışır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024