Mobil versiya
Brilliant Dadaşova erməni musiqiçiyə tərif yazdı - FOTO
Tarix: 13-07-2017 | Saat: 13:16
Bölmə:Dünya / Karusel | çapa göndər

Brilliant Dadaşova erməni musiqiçiyə tərif yazdı - FOTO







Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə gözlənilməz hərəkəti ilə diqqət çəkib.

Aia.Az axşam.az-a istinadən bildirir ki, müğənninin erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifaları altında şərhləri yer alıb. Belə ki, Varujanın iyunun 4-də yayımladığı videosuna Brilliant "Super" şərhini yazıb. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim" cavabını verib.

Məlum olub ki, bu B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxıb.

Varujan videoda Azərbaycan mahnısı ifa edib. Musiqiçi B.Dadaşovanın İnstagram səhifəsini izləyənlər siyahısındadır.

Bir müddət əvvəl V.Şahbazyanın "Youtube" kanalında B.Dadaşovanın "Ağ çiçəyim" mahnısını ifa edən videosu da yerləşdirilib.

B.Dadaşovanın bu hərəkəti azərbaycanlı istifadəçilərin hiddətinə səbəb olub. Onlar xalq artistinə tənqidi şərhlər yazıblar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5943 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2020
10-07-2020