"Onu çox sevirəm" - Afaq Gəncəli
Tarix: 10-07-2017 | Saat: 17:41
Bölmə:Dünya | çapa göndər
"Əvvəl "Onlar" verilişində 4 süjet verirdik, hamı həvəslə baxırdı. Özümə də maraqlı idi. Müğənnilərimiz özləri idi, işləmək istəyirdilər. Deyirdilər, necə edim maraqlı olum? Soyunan soyunurdu, klip çəkdirən klip çəkdirirdi. İndi nə etsinlər? Soyunan da, klip çəkdirən də olub. İndikilər nəsə edəndə, onlara bənzəyirlər".
AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Afaq Gəncəli "V element" verilişində deyib.
O, aparıcı Ranar Musayevin "Axı səni də Nərgiz Cəlilovaya oxşadırlar" sualına belə cavab verib:
"Axı mən onu çox sevirəm. Mənə dəfələrlə bunu deyirlər. Ona baxırdım, deyirdim, belə danışmaq, hərəkət etmək lazımdır. Bu, çox istəməkdəndir".
"Səni ikinci dəfə həyata qaytaran nə oldu? Çox güclüsən" sözlərinə belə münasibət bildirib:
A.Gəncəli "Dostlarım məni həyata qaytardı. Ortaq məxrəci sevmirəm. Ya olmamalıydım, olsaydım da belə olmalı idi. Kənarda olmağı xoşlamıram.
Heç vaxt kiməsə məsləhət vermirəm. Mənim kimi vəziyyətə düşənə nə deyə bilərəm? Mən də mənə məsləhət verənə hirslənirdim. Gülünc gəlir, axı sən nə biləsən? Mən bilirəm ki, nə nədir".
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025
09-01-2025