Mobil versiya
Fatimə Oksana haqda: "Çox sarsıldım..."
Tarix: 04-07-2017 | Saat: 16:49
Bölmə:Dünya / Karusel | çapa göndər

Fatimə Oksana haqda: "Çox sarsıldım..."



“Düşünmürdüm ki, bunu edəcəm və Oksanadan özümə müsbət fikir eşidəcəm, barışacam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “ATV maqazin onlarla” verilişində deyib.

Həmkarı Oksana Rəsulova “Maşın” şouda olan zaman ona dəstək duran və sosial şəbəkədə ondan yazan Fatimə qarşı tərəfdən də müsbət cavab almışdı.

Fatimə illərdir küsülü olduğu həmkarının ünvanına təriflər yağdırıb:

“Bir qadın kimi onun şoudakı halına çox sarsıldım, həmrəylik göstərmək istədim. Nə olsun danışmırıq, eyni səhnədəyik. Bir aləmdəyiksə, demək biz bir ailəyik. Etiraf etmək lazımdır ki, biz haradasa üz-üzə gəlsək, qucaqlaşıb görüşərik. Oksana haqqında status yazmağı mənə heç kim demədi. Öz ürəyimdən gəldi, etdim. Həmin an qürur düşünmədim.

Hətta o hadisədən sonra ilk dəfə həmkarım Oksananı yuxuda da gördüm. Görürəm ki, birlikdə layihə edir, müqavilə imzalayırıq. Deyirik ki, mehriban olacağıq, dava etməyəcəyik”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024