Mobil versiya
Səməd Səmədovun 7-ci nəvəsi doğulub
Tarix: 01-07-2017 | Saat: 18:05
Bölmə:Dünya | çapa göndər

Səməd Səmədovun 7-ci nəvəsi doğulub


Xalq artist Səməd Səmədov 7-ci dəfə baba olub.

Bu barədə Milli.Az-a xalq artistinin özü xəbər verib. O bildirib ki, oğlu Anarın 4-cü qızı dünyaya göz açıb: "Ailəmizdə xoş gündür. Oğlumun 4-cü qızı dünyaya göz açıb. Elə bilirdik ki, oğlan olacaq, qız oldu. Allah olmayanlara nəsib eləsin. Mən nəvələrimi çox istəyirəm. Elə ona görə də istirahət üçün bu il heç bir xarici ölkəyə getməyəcəm. Ailəmlə birgə öz bağımızda olacağıq. Bu, hər şeyə dəyər".

Qeyd edək ki, S.Səmədovun oğlu Anar uzun illər öncə müğənnilik etmək istəsə də, xalq artisti onu bu fikrindən daşındırıb. Hazırda o, Moskvada bizneslə məşğuldur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024