Mobil versiya
Damla yeni klipini bu mahnıya çəkəcək - Audio
Tarix: 29-06-2017 | Saat: 18:16
Bölmə:Dünya | çapa göndər




Türkiyənin tanınmış müğənnisi Damla azərbaycanlı bəstəkarın mahnısına klip çəkəcək.


Bu barədə sənətçi DİA.AZ-a açıqlamasında deyib:

" Real hitə namizəd olan mahnının müəllifi istedadlı azərbaycanlı bəstəkar Azər Nəsibova məxsus "Sahibi Sen" mahnısını ifa etdiyimi barədə məlumat vermişdim. Hətta həmin mahnını mənim yeni "Super Aşik" adlı albomuma daxil etmişdim. Sözügedən mahnıya klip çəkdirməyi də düşünürəm. Həmin klipi Türkiyədə çəkdirəcəm. Bu klipdə məni görmədiyiniz stildə görəcəksiniz".



Qeyd edək ki, Damlanın yeni "Super Aşik" albomunda 7 mahnı yer alıb. Diskdə Türkiyənin ən məşhur simaları - Şehrazat, Altan Cetin, Ümit Sayin, Canan Sirel, Reşit Gözdamla kimi musiqiçilərin mahnıları var. Türkiyəli müğənni Damla yeni çıxan albomuna 2 Azərbaycan mahnısını da salıb. Albomda Azər Nəsibovun "Sahibi Sen" yeni bəstəsini və Aygün Kazımovanın"Düşün məni" mahnı da yer alıb.




AİA.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024