Mobil versiya
Müğənnilərin cangüdənləri nə zaman atəş aça bilər?
Tarix: 20-06-2017 | Saat: 11:30
Bölmə:Dünya / Karusel | çapa göndər

Müğənnilərin cangüdənləri nə zaman atəş aça bilər?


Azərbaycanda dövlət mühafizə xidmətləri ilə yanaşı özəl mühafizə xidmətləri də fəaliyyət göstərir. Həmçinin bir çox imkanlı şəxslərin, müğənnilərin, siyasi partiya rəhbərlərinin də cangüdənləri var.
Bəs onlar hansı hallarda silahdan istifadə edə bilər?

Mövzu ilə bağlı bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a danışıb.

Deputat bildirib ki, silahdan istifadə etmək ayrı-ayrı qanunlarla tənzimlənir.

“Özəl və ya dövlət mühafizə xidmətləri təşkil etdikləri mühafizənin kəmiyyət və keyfiyyətinə uyğun olaraq silahdan istifadə etmək üçün müvafiq icra hakimiyyətinə, yəni Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Əgər həmin mühafizə orqanları rəsmi qeydiyyatdan keçib və onların əsasnaməsində silahdan istifadə etmək qeyd olunubsa, Daxili İşlər Nazirliyi bu müraciətə müsbət cavab verməlidir. Və həmin mühafizə xidmətini silahla təmin etməlidir.
Silahdan istifadə isə ümumi qaydalara uyğun olaraq həyata keçirilir. Hər şeydən ötrü silahdan istifadə etmək olmaz. Mühafizə xidmətinin əməkdaşları ancaq ictimai asayişin, obyektin və subyektin mühafizəsi və s qaydalara uyğun hallarda silahdan istifadəyə icazə verilir”.

T.Kərimli qeyd edib ki, bəzi müğənnilər və siyasi partiya rəhbərlərinin, imkanlı şəxslərin hesabına tutulan cangüdənlər dövlət qeydiyyatından keçməsə silahdan istifadə edə bilməzlər.

“Onlar qeydiyyatdan keçmədən silahdan istifadə etmiş olsalar cinayət məsuliyyəti daşıyırlar. Həmin cangüdənlər ancaq müğənnilərin və ya hər hansı bir şəxsin mühafizəsini həyata keçirə bilərlər. Həmin şəxslərin həyatı üçün təhlükə baş verərsə, onlar o zaman Daxili İşlər Nazirliyinə müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyi müraciəti araşdırdıqdan sonra həmin cangüdənə silah işlədib-işlətməməyinə dair səlahiyyət verməlidir. Əgər müsbət cavab əldə olunarsa, həmin cangüdən silahla təmin edilir. Silah gəzdirmək istəyən hər bir şəxs öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin şəxs Daxili İşlər Nazirliyinin müvfiq qurumuna dəvət olunuraq təlimatlandırılır. Nazirlik silah almaq istəyən şəxsin sağlıq durumunu nəzərə alır”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024